Ukraynanın Odessa vilayətinin Loşçinivka kəndi atəşə tutulub.
"Unikal" xəbər verir ki, bu barədə İzmail şəhərinin meri Andrey Abramçenko məlumat yayıb.
"Hörmətli İzmail vətəndaşları! Loşçinivka kəndindəki hərbi hissəyə raket zərbəsi endirilib", - deyə bildirib.
Abramçenko atəşin nəticələri, qurbanların sayı və dəymiş ziyan barədə məlumat verməyib.
Gülayə Mecid