Gürcüstanda son sutkada koronavirus infeksiyasına 6 847 yeni yoluxma halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 9 003 nəfər müalicə olunarq sağalıb, 36 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 1 612 319 nəfər yoluxub. Onların 1 513 164-ü sağalıb, 16 199-u isə ölüb.