ATƏT nümayəndələri Luqanskı tərk edərək Rusiyaya doğru yola düşüblər.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti"nin məlumatında deyilir.
"ATƏT Luqanskdakı ofisini dondurub. Rusiya Federasiyası istiqamətində hərəkət edib".
Bazar ertəsi ATƏT-in Xüsusi Monitorinq Missiyasının hesabatında bildirilirdi ki, Donetsk və Luqanskda yerləşən qruplar Rusiya vasitəsilə təxliyə ediləcək. Bundan əvvəl təşkilatın baş katibi Helqa Şmid yaxın vaxtlarda ATƏT missiyasının bütün üzvlərinin Ukraynadan çıxarılması qərarını açıqlamışdı.
Ağarza Elçinoğlu