Qazaxıstan Birjası (KASE) bu gündən etibarən Rusiya şirkətlərinin səhmlərinin satışını dayandırdıqlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, Rusiya şirkətlərinə tətbiq edilən məhdudiyyətlər səbəbindən martın 1-dən etibarən bu şirkətlərin səhmlərinin birjada satışı dayandırılıb.
Bildirək ki, Qazaxıstan birjasında səhmləri dayandırılan Rusiya şirkətləri arasında federal hava yolu şirkəti Aeroflot, təbii qaz şirkəti Qazprom, neft şirkəti Lukoil, həmçinin Rostelekom və Sberbank kimi ümumilikdə 13 şirkət var.