Rusiya hücumlarına qarşı ölkəsində ciddi mübarizə aparan Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışını tərcümə edən tərcüməçi Ukrayna liderinin sözlərini çatdırarkən göz yaşlarına hakim ola bilməyib.

"Unikal" xəbər  verirr ki, Almaniyanın “Welt” qəzetinin tərcüməçisi  Zelenskinin çıxışı ilə ayaqlaşmaqda çətinlik çəkib.

Zelenskinin çıxışı sosial mediada sürətlə yayılıb. Tərcüməçini ağladan çıxışında Zelenski "Rusiya şər yolu ilə gedir. Dünya Rusiyanı BMT-də səsvermə hüququndan məhrum etməlidir. Ukraynalılar, biz nəyin tərəfdarı olduğumuzu çox yaxşı bilirik. Mütləq qalib gələcəyik" - deyə  ifadə  edib.

Gülayə Mecid