Rusiya Özbəkistandan olan miqrantları Ukraynadakı hərbi əməliyyatlara cəlb edir.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı "Radio Ozodlik" ("Azadlıq" radiosunun özbək xidməti) yazıb.
Nəşrin məlumatına görə, sosial şəbəkələrdə Özbəkistandan olan sürücünün Donbassda çəkdiyi video yayılıb. Fərqanə vilayətindən olan bir nəfər rus ordusunun yük maşını ilə Ukraynanın şərqinə girdiyini qeyd edir.
"Ozodlik" radiosunun jurnalistləri videonu yayan özbəklə əlaqə saxlayıblar və həmsöhbətin xahişi ilə təhlükəsizlik baxımından redaksiya onun adını və soyadını açıqlamayıb. Söhbət zamanı həmin şəxs, onun sözlərinə görə, Rusiya hərbçiləri ilə birlikdə Luqansk ərazisində olub.
Özbək Rusiyadan Luqanska Rusiya Müdafiə Nazirliyinin yük maşını ilə getdiyini təsdiqləyib. Onun sözlərinə görə, 3 ay müddətinə sürücü kimi işə düzəlib. Həmsöhbət gizlətmir ki, o, Rusiya vətəndaşlığı, mənzil almaq və onun sözlərinə görə, 50 min rubl (təxminən 590 dollar) olan yaxşı maaş almaq üçün belə işə razılaşıb.
Adının çəkilməməsi şərti ilə jurnalistlərlə danışmağa razı olan özbək bildirib ki, "UzMigrant" saytı vasitəsilə tapdığı "NotrhJobs" adlı şirkət hazırda müqavilə əsasında hərbi xidmətə Özbəkistan vətəndaşlarını işə götürür.
Qeyd edək ki, şirkət rəsmisi Bəhrom İsmayılova bu iddiaları müsahibəsində təkzib edib.
Hüquq müdafiəçisi Valentina Çupik bildirib ki, Rusiya hökuməti birbaşa və ya dolayısı ilə "UzMigrant" kimi saytlardan öz məqsədləri üçün istifadə edir.
Ağarza Elçinoğlu