Dünya liderləri ilə telefon danışıqları, tvitləri və çəkdiyi videolarla həm vətəndaşlarını, həm də bütün dünyanı heyran etməyi bacaran Ukrayna Prezidenti Vladimir Zelenski son 5 gündə sosial şəbəkədən ən çox istifadə edən şəxsdir.
"Unikal" xəbər verir ki, Ukrayna xalqının Rusiyaya qarşı göstərdiyi cəsarətin Avropa ictimaiyyətinə çatdıran Zelenskinin bu addımı hər kəsin diqqətini çəkib.
Xarici KİV-lərdə yer alan xəbərlərə görə, sahədə yüz minlərlə əsgər, tank və ağır silahlar var. Üstəlik, həm ABŞ, həm də Avropadan bir-birinin ardınca daha çox silah gücləndirici bəyanatlar gəlir. Lakin Ukrayna prezidenti Vladimir Zelenskinin ən böyük silahı bunların heç biri deyil: "Onun silahı telefonudur!".
Zelenski təkcə dünyanın hər yerindən liderlərlə telefon əlaqəsi saxlamır, həm də çəkdiyi videolarla beynəlxalq ictimaiyyətin müharibəyə baxışını formalaşdırır.
İşğal prosesi zamanı "Twitter"də izləyicilərinin sayı 500 mindən 3,5 milyona çatan Zelenski 80-dən çox tvit paylaşımları ilə zaman-zaman müttəfiqlərini tərifləməyi və tənqid etməyi unutmur.
Məsələn, o, İtaliyanın baş naziri Mario Draqinin “Ukrayna lideri telefonla danışa bilmir” deməsinə kifayət qədər sərt reaksiya verib.
"Bu gün səhər saat 10.30-da Çerniqov, Hostomel və Melitopol şəhərlərinin girişlərində şiddətli toqquşmalar olub. İnsanlar ölüb. Gələn dəfə müharibənin saatlarını dəyişməyə və müəyyən saatda #MarioDraqi ilə danışmağa çalışacağam. Bu arada Ukrayna davam edir. Öz xalqı üçün mübarizə aparır", - deyə Zelenski tvit ataraq, Draqiyə cavab verib.
Ertəsi gün baş tutan Zelenski-Draqi telefon danışığından sonra İtaliya Rusiyaya qarşı tətbiq olunacaq ağır iqtisadi sanksiyaları dəstəkləyəcəklərini açıqlayıb. Zelenski isə çəkdiyi video ilə “İtaliya ilə münasibətlərdə fövqəladə nəticə əldə olundu” sözləri ilə müjdə verib.
Avropa liderlərindən birinin "The Guardian"a açıqlamasında: "Biz onun qarşısında baş əyirik. Son nəticədə o, Ukraynanı xilas etməyə və ya Rusiyanı dəyişməyə müvəffəq olmaya bilər, lakin o, Avropanı dəyişir", - deyə ifadə edib.
Zelenskinin şənbə günü çox telefon danışıqlarını götürək. Günə Fransa prezidenti Emmanuel Makron görüşü ilə başlayan Ukrayna lideri bu ardıcıllıqla davam edib:
Avropa Komissiyasının sədri Ursula fon der Leyen, İtaliyanın baş naziri Mario Draqi, İsveçrə prezidenti İqnazio Kassis, Hindistanın baş naziri Narendra Modi, prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Hollandiyanın baş naziri Mark Rutte, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, Almaniya Kansler Olaf Şolz, Roma Papası, Çexiyanın baş naziri Petr Fiala, Polşanın baş naziri Anjey Duda və Böyük Britaniyanın baş naziri Boris Conson.
Ümumilikdə cədvələ nəzər saldıqda, Zelenskinin təkbətək diplomatiya strategiyasının bir neçə gündə bəhrəsini verdiyini görmək mümkündür. Almaniyanın “Şimal axını 2” layihəsini dayandırmasından, İngiltərənin rus oliqarxlarının hesablarını dondurmasından, Rusiyanın SWIFT sistemindən çıxarılmasından, Mərkəzi Bankın sanksiyalarından, Azərbaycanın dövlət şirkəti SOCAR-ın Ukraynanın bütün yanacaqdoldurma məntəqələrində təcili yardım maşınlarını pulsuz yanacaqla təmin edəcəyini açıqlaması, çoxlu dəstək addımlar atılıb.Bunun arxasında Zelenskinin telefon zənglərinin dayandığı güman edilir.
Gülayə Mecid