Belarus qoşunları Ukraynanın Çerniqov vilayətinə daxil olub.

"Unikal" xəbər verir ki,  bu  barədə “Şimal” Terrordan Müdafiə Qüvvələrinin regional idarəsinin mətbuat katibi Vitali Kirilov məlumat yayıb. 

"Belarus müharibəyə girib. Belarus qoşunları Çerniqov vilayətinə daxil olub", - bəyanatda deyilir.

Slabın, Pakul və Mixaylo-Kotsyubinski kəndlərinin sakinləri də üzərində ağ dairə olan hərbi texnikanın hərəkətindən xəbər veriblər. 

Gülayə Mecid