"Ukraynadakı münaqişə ABŞ-ın dünyada böhranlar yaratmaq siyasəti ilə bağlıdır".
"Unikal" xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei deyib. O, bu gün Ukraynanın ABŞ siyasətinin qurbanına çevrildiyini bildirib.
“Əgər o (ABŞ) böhran yarada bilməsə, o zaman silah istehsalı ilə məşğul olan şirkətlər maksimum işləyə bilməyəcək. Onlar həmin mafiyanın maraqlarını təmin etmək üçün böhranlar yaratmalıdırlar”, - deyə o, qeyd edib.
Eyni zamanda Xamenei vurğulayıb ki, İran təbii ki, dünyanın istənilən yerində müharibə və dağıntıların əleyhinədir.
Gülayə Mecid