Xəbər verdiyimiz kimi, bu gün Rusiya Ukraynanın Xarkov şəhərinə növbəti aviasiya zərbəsi endirib.
"Unikal" xəbər verir ki, Xarkov vilayət administrasiyasının yanına düşən raket azı 1-i uşaq olmaqla azı 6 nəfərin yaralanmasına səbəb olub. Hadisədən sonra Xarkov sakinləri Rusiyanın Belqorod ərazisindən atəşə tutulan Azadlıq meydanına toplaşıblar.
Onlar rusları təcavüzü dayandırmağa çağırıblar.
"Ukraynaya şöhrət, qəhrəmanlara şöhrət! Ukrayna - hər şeydən əvvəl", - deyə Xarkov sakinləri meydanda şüarları ilə ruslara etirazlarını bildiriblər.
Gülayə Mecid