"Qərbin sanksiyaları Rusiyanın mövqeyini dəyişdirə bilməyəcək".
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Həmçinin Peskov Ukrayna prezidenti Vladimir Zelenskini "Ukraynanın qanuni lideri" kimi gördüklərini bildirib:
"Zelenski silahı buraxmaq əmri verərsə, Ukraynada ölüm hallarının qarşısı alınacaq! O, Ukraynanın qanuni lideridir".
Bununla yanaşı Peskov hazırda Rusiya lideri Vladimir Putinin Zelenski ilə görüş planının olmadığını açıqlayıb.
Gülayə Mecid