Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Twitter"dəki paylaşımı ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, o, sosial şəbəkə hesabından Fransaya müharibə xəbərdarlığı edib.
"Bu gün bəzi Fransa nazirləri Rusiyaya iqtisadi müharibə elan etdiklərini söylədilər. Çıxışınıza diqqət edin, cənablar! Və unutmayın ki, bəşəriyyət tarixində iqtisadi müharibələr çox vaxt real müharibələrə çevrilib", - deyə o, bildirib.
Gülayə Mecid
Today, some French minister has said that they declared an economic war on Russia. Watch your tongue, gentlemen! And don’t forget that in human history, economic wars quite often turned into real ones
— Dmitry Medvedev (@MedvedevRussiaE) March 1, 2022