"Rusiya qoşunlarının Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəl Ukrayna hərbçiləri Belarus ərazisinə zərbə endirmək istəyiblər, lakin Rusiyanın silahlı qüvvələri onun qarşısını alıblar".
"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
O, iclasda Belarus və Rusiya kəşfiyyatının Ukraynada, Belarus sərhəddinin düz yaxınlığında bir neçə zenit və raket əleyhinə diviziya aşkarladığını açıqlayıb.
Lukaşenkonun sözlərinə görə, onlar “Belarusun mərkəzləşdirilmiş ərazilərində rus qoşunlarına zərbə endirməyə” hazırlaşıblar.
Gülayə Mecid