Kiyev teleqülləsinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin feysbuk səhifəsində bildirilir.

İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.

xxx

19:32

Kiyevdə televiziya qülləsinə raket zərbəsi endirilib.

"Unikal" “unian.net” saytına istinadən xəbər verir ki, raket zərbəsindən sonra teleqüllənin ətrafında qalın tüstü təbəqəsi müşahidə olunur.
Hələlik xəsarət alanlar və ölənlər barədə məlumat verilmir.