Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Görüşdə regionda baş verən hadisələr, xüsusilə Rusiyanın Ukraynaya hücumu və Türkiyə ilə Böyük Britaniya arasındakı münasibətlər müzakirə edilib.