Ukraynada müharibə başlayandan indiyədək azı 331 mülki şəxs həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin məlumatında qeyd olunub.
Bildirilir ki, hərbi əməliyyatlar zamanı 675 nəfər mülki şəxs yaralanıb.
Məlumata görə, ölənlərdən 19-u azyaşlıdır. Qurbanların əksəriyyəti ağır artilleriya atəşi, çoxsaylı raket zərbələrindən həyatını itirib.