Şimali Koreya şənbə günü bir ballistik raket buraxıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Yaponiyanın müdafiə naziri Nobuo Kişi bildirib.
Nazir hazırda bununla bağlı məlumatın toplanaraq təhlil olunduğunu bildirib.
"Raketin maksimal uçuş hündürlüyü təxminən 550 km olub, o, təxminən 300 km məsafə qət edib və Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb, ərazidə Yapon gəmilərinə heç bir ziyan dəyməyib", - nazir bildirib.
Yaponiya müdafiə naziri vurğulayıb ki, KXDR-in raket buraxılışı BMT Təhlükəsizlik Şurasının hazırkı qətnamələrinin birbaşa pozulmasıdır və Pekindəki səfirlik vasitəsilə diplomatik kanallarla Şimali Koreya tərəfinə sərt etiraz bildirildiyini qeyd edib.