Dağıstanın Qayakənd rayonunda 4 avtomobilin iştirakı ilə qəza baş verib, ölən və yaralananlar var.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi yayıb.
Qeyd olunur ki, “Qafqaz” federal magistralında şənbə günü gecə saatlarında 3 "VAZ" və BMW-X5 markalı avtomobillər toqquşub.
"Hadisə nəticəsində "VAZ" avtomobillərindən birinin sürücüsü və iki sərnişini - 47 və 63 yaşlı qadınlar ağır bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Daha sonra 63 yaşlı qadın xəstəxanada dünyasını dəyişib", - məlumatda bildirilir.
Qurum əlavə edir ki, qəza BMW markalı avtomobilin sürscüsü tərəfindən ötmə qaydalarını pozma səbəbindən baş verib.