Bütün dünyada Ukraynaya dəstək aksiyaları keçirilir, Ermənistanda isə əksinə.
"Unikal" xəbər verir ki, Ermənistanda Kommunist Partiyasının üzvləri Rusiya səfirliyinin qarşısında Rusiyanı dəstəklədiklərini bildiriblər.
"Sovet İttifaqı 1941-1945-ci illərdə olduğu kimi indi də bütün dünyanı faşizmdən xilas edir... Rusiya bu təhlükəni aradan qaldırmalı idi... Biz Rusiyanın siyasətini dəstəkləyirik, çünki NATO artıq keçmiş SSRİ ərazisini işğal edir. Onlar rus qoşunlarının Ermənistanı tərk etməsini istəyirlər. Belə bir şey olarsa, Ermənistan dövlət qurumu kimi yox olacaq. Biz NATO-ya “yox” deməyə, Ukraynanı işğal etmiş faşizm liderlərinə “yox” deməyə gəlmişik", - deyə aksiya iştirakçıları bildirib.
Aksiyada Ermənistan və Rusiya bayraqları ilə bərabər Sovet imperiyasının bayrağı da qaldırılıb.
Ağarza Elçinoğlu