Ermənistanda Azadlıq Hərəkatının üzvləri Ara Zöhrabyan, Andranik Marqaryan və Hayk Saakyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Vəkillər Palatasının əməkdaşı Astqik Qorqyan öz "Facebook" səhifəsində məlumat verib.
“Şimal prospektində dinc şəkildə imzatoplama zamanı polis hüquqşünas,Azadlıq Hərəkatının həmtəsisçisi Ara Zöhrabyanı və bir sıra digər vətəndaşları heç bir qanuni əsas olmadan qanunsuz olaraq həbs edib".
Bildirilir ki, həmin şəxslər bir neçə gündür ki, meydanlarda Nikol Paşinyanın istefasını tələb edən ümumerməni imzaları toplayırlar.