Xəbər verdiyimiz kimi, dünən Pakistanın Pişəvər şəhərində yerləşən şiə məscidinə bombalı hücum edilib.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 57 nəfər həyatını itirib, 200-ə yaxın insan isə yaralanıb. Hücumdan sonra terror təşkilatı İŞİD sosial media hesablarında hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Digər tərəfdən, hücumun Avstraliya-Pakistan kriket matçına təsadüf etməsi diqqət çəkir, Pakistan rəsmiləri isə Avstraliya kriket komandası üçün görülən təhlükəsizlik tədbirlərini artırıb.