Nyu Yorkun simvolik yerləri bu həftə sonu Ukraynaya dəstək olaraq mavi və sarı rənglərlə işıqlandırılacaq.
“Unikal” xarici KİV-ə istinadən bildirir ki, ştat qubernatoru cümə günü "Empire State" tərəfindən həmrəylik aktının təfərrüatlarını əks etdirən bir bəyanat verib.
Nyu-Yorkun 12 görməli yerləri cümə günündən başlayaraq həftə sonu Ukrayna bayrağının rənglərini bəzəyəcək.
Qeyd edək ki, qubernator Keti Hochul daha əvvəl rus qoşunlarının Ukraynanın paytaxtına hücumu zamanı baş verən “əsassız zorakılığı” pisləmişdi.
O, həmçinin əlavə edib ki, Nyu-York ABŞ-da sığınacaq axtaran qaçqınları dəstəkləməyə və qəbul etməyə hazırdır.
Aynurə Xudaverdiyeva