Ukraynanın Mariupol şəhərindən dinc sakinlərin çıxarılmasına başlanılır.
"Unikal" xəbər verir ki, bu məqsədlə humanitar “yaşıl” dəhliz təşkil olunub. Dinc əhalinin təxliyəsi bələdiyyə avtobusları ilə üç nöqtədən həyata keçiriləcək. Məlumata görə, sükut müddəti ərzində (yerli vaxtla saat 9:00-dan 16:00-dək) humanitar dəhliz marşrutu ilə şəxsi nəqliyyatda da getmək mümkün olacaq. Marşrutdan kənara çıxmaq qadağan edilir. Təxliyə bir neçə gün ərzində bir neçə mərhələdə aparılacaq.