Rusiya hökumətinin İl-96-300 təyyarəsi Sankt-Peterburqdan ABŞ-a uçub.
"Unikal" xəbər verir ki, bunu "Flightradar24" portalı dərc edib.
Rusiya təyyarəsi Vaşinqtona uçur. Təyyarə Moskva vaxtı ilə saat 09:41-də havaya qalxıb. Məlumata görə, Rusiya xüsusi uçuş heyətinin İl-96-300 təyyarəsindən yüksək rütbəli rusiyalı məmurlar və Kremldən jurnalistlər istifadə edir.
Bundan əvvəl Avropa ölkələri Ukraynada keçirilən xüsusi əməliyyat fonunda öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb. Buna cavab olaraq, Rusiya hakimiyyəti 36 ölkədən olan aviaşirkətlər üçün uçuşları məhdudlaşdırıb.
Ağarza Elçinoğlu