Vladimir Zelenski Polşa prezidenti Anjey Duda və xanımına müharibədən qaçan ukraynalıları qəbul etdiklərinə görə təşəkkür edib.
"Unikal" xəbər verir ki, o, bu barədə vətəndaşlara videomüraciətində bildirib.
"Gecə gec saatlarında Fransa prezidenti Emmanüel Makron və Polşa prezidenti Anjey Duda ilə danışdım. Əlaqəmiz daimidir. Söhbətlərimiz gündəlikdir. Mən onların hər birinə hədsiz dərəcədə minnətdaram.Anjeyə qətiyyətinə və sədaqətinə görə hədsiz minnətdaram. Səmimiyyətlə dost hesab etdiyim və hər kəsə ürəkdən arzuladığım dostlar”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, onlar sərhəddə humanitar böhranın qarşısını ala biliblər və minlərlə ukraynalı qadın və uşaqlara ləyaqətlə yanaşılması üçün hər şeyi təşkil ediblər.
"Heç kim milliyətindən soruşmur. Onların hansı inancı var. Nə qədər pulu var. Əslində, bizim artıq dost Polşa ilə sərhədimiz yoxdur. Çünki birlikdə yaxşılığın tərəfindəyik. Biz bunu edirik. sərhədləri yoxdur”, - deyə prezident bildirib.