Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüş zamanı ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin sahilyanı ərazilərə təsirinin azaldılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.