Ukrayna prezidenti Vladimir Zelenski NATO ilə Moskva arasında münaqişə yaratmağa çalışır.
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir qeyd edib ki, Zelenskinin “daimi qəzəbli bəyanatları” optimizm nümunəsi deyil: "Və mənim bir sualım var: əgər o, NATO-nun ümid etdiyi kimi onun müdafiəsinə qalxmadığına görə o qədər əsəbi idisə, o, hələ də danışıqlar yolu ilə deyil, NATO-nu bütün bu hekayəyə cəlb etməklə münaqişənin həllinə ümid edirdi... Belə çıxır ki, o, hələ də münaqişəni qızışdırmağa çalışır", - deyə Lavrov alyansın Ukrayna üzərində uçuşa qadağa qoyulmasını istəmədiyinə görə Ukrayna prezidentinin NATO-ya ünvanladığı iradları xatırladıb.
Ağarza Elçinoğlu