Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ səfiri Con Sallivana etiraz notası göndərib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb amerikalı senator Lindsi Qrahamın təxribat xarakterli aqressiv bəyanatları olub.
Bildirilib ki, o, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putini hakimiyyətdən kənarlaşdıra biləcək şəxsin dünyaya böyük töhfələr verə biləcəyini demişdi.