Nikolayev vilayətinin Oçakov şəhərində Rusiyanın Su-25 təyyarəsi vurulub, pilotlar əsir götürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin "Facebook" sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
"Rusiya Federasiyası artıq bir neçə gündür ki, Oçakov şəhərini məhv etməyə çalışır, o cümlədən davamlı hava reydləri keçirərək dinc əhalini qorxudur. Amma Ukrayna özünü cəsarətlə müdafiə edir. Bu gün, martın 5-də növbəti aviareyd zamanı, hərbi dənizçilərimizdən biri Rusiya Federasiyasının Su-25 təyyarəsini vurub. Pilotlar əsir götürülüb", - məlumatda deyilir.
Ağarza Elçinoğlu