Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
"Unikal" TASS-a istinadən xəbər verir ki, XİN başçılarının söhbətinin təfərrüatları açıqlanmır.
Bildirilir ki, bundan əvvəl Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparıb. Tərəflər Ukraynadakı son hadisələri müzakirə ediblər.
Qeyd edək ki, Çavuşoğlu bir müddət əvvəl Ankaranın martın 11-13-də Antalyada keçirilməsi planlaşdırılan diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü təşkil etmək istədiyini bildirmişdi.