"Oyun kənardan rahat görsənə bilər. Amma nələr çəkdiyimizi Allah bilir".
"Unikal" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis bildirib ki, qol vurmadıqca futbolçularda tələskənlik görsənirdi.