Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu martın 7-də keçiriləcək.
"Unikal" xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” parlament fraksiyasının sədri David Araxamia bildirib.
Araxamiya “Facebook” hesabında qeyd edib ki, görüş bazar gününə nəzərdə tutulub.
Rusiya XİN-in şöbə müdiri Aleksey Polişuk da növbəti raundun keçiriləcəyi xəbərini təsdiq edib.
Qeyd edək ki, danışıqların ilk raundu fevralın 28-i, ikinci raundu isə martın 3-də keçirilib.