İsrailin baş naziri Naftali Bennett və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdə İranla nüvə sazişi də müzakirə edilib.
"Unikal" xəbər verir ki, Bennett Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasına qarşı çıxıb.
"Görüşdə həmçinin Vyanada nüvə proqramı üzrə danışıqların gedişi müzakirə olunub. Baş nazir nüvə sazişinə qayıtmağa qarşı çıxan İsrailin mövqeyini ifadə edib", - ofisin açıqlamasında deyilir.
Bundan əvvəl Bennett Ukrayna böhranını müzakirə etmək üçün Moskvada Putinlə görüşmüşdü.
Ağarza Elçinoğlu