Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskiyə hakimiyyəti eks-prezident Viktor Yanukoviçə təhvil verməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Kadırov "Telegram" kanalında yazıb.
"Mən sizə prezident kimi müraciət etmirəm. Bizim üçün qanunla Ukrayna prezidenti Viktor Yanukoviçdir. Hakimiyyəti ona təhvil verin və taleyinizə güvənin. Ola bilsin ki, o zaman təqsirinizin bir qismi bəlkə bağışlandı. Bu, sizin üçün böyük şans olar", - deyə Kadırov Zelenskiyə müraciət edib.