Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada görüşəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Çavuşoğlu hər iki nazirin Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiqlədiklərini deyib.
Nazirin sözlərinə görə, görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda keçiriləcək.
Qeyd edək ki, dünən Rusiya XİN sözçüsu Mariya Zaxarova Lavrovun xaricdə beynəlxalq tədbirdə iştiak etməsi üçün xaricə gedəcəyini açıqlamışdı.
Ağarza Elçinoğlu