"Brüssel sovet Moskvasına bənzəməməlidir, bizə hər məsələdə arqument lazımdır".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsseldən göndərilən məktubu şərh edərkən deyib.
Hökumət başçısı qeyd edib ki, ailə dəyərləri, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması, şəffaflıq ilə bağlı qanunlar Gürcüstan üçün son dərəcə vacibdir: "Brüsselin göndərdiyi hər bir bəndə çox aydın cavabımız var. Məhkumlara gəlincə, aydın cavabımız var: onların hər biri konkret cinayət törədiblər. Qoy mahiyyətindən danışsınlar. Xahiş edirəm, bu işlərlə bağlı hüquqi sualları varsa, hüquqi arqumentləri ortaya qoysunlar. Təbii ki, belə suallar yoxdur. Ona görə də biz boş siyasi ultimatumlarla məşğul oluruq. Bu, çox acınacaqlıdır".
Ağarza Elçinoğlu