Yaxın günlərdə Avropa İttifaqının liderləri Ukraynanın Aİ-yə üzvlük müraciətini müzakirə edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel "Twitter" səhifəsində yazıb.
"Həmrəylik, dostluq və Aİ-nin Ukraynaya göstərdiyi misilsiz yardım sarsılmazdır. Biz yaxın günlərdə Ukraynanın üzvlük müraciətini müzakirə edəcəyik", - mesajda deyilir.
Qeyd edək ki, bunun üçün ilkin proses 10 martda olacaq.
Ağarza Elçinoğlu