Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə müsbət dinamikasını qeyd ediblər, birgə layihələri və ticarət dövriyyəsinin artım tendensiyalarını müzakirə ediblər.
Kobaxidze Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Gürcüstan hökumətinin başçısı Türkiyə nümayəndə heyətini oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştiraka dəvət edib.
Ağarza Elçinoğlu