İraqın Əl-Kut şəhərində ticarət mərkəzində baş verən yanğında həlak olanların sayı açıqlanıb.
"Unikal" xəbər verir ki, yanğın nəticəsində 77 nəfər həyatını itirib.
Hadisə ilə bağlı istintaq başladılıb.
***09:40
İraqda ticarət mərkəzində baş verən yanğında azı 50 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə İraqın şərqindəki Kut şəhərində baş verib. İlkin məlumatlara görə, ticarət mərkəzində ən azı 50 nəfər həlak olub.
Bölgəyə çox sayda polis və tibbi qruplar cəlb olunub. Yanğın nəticəsində yaralananların dəqiq sayı hələlik açıqlanmayıb.
Gülayə Mecid