İran ABŞ və “digər” ölkələrə İran-İsrail münaqişəsi zamanı vurduğundan daha güclü zərbə vurmağa qadirdir.
"Unikal" xəbər verir ki, bunu respublikanın ali dini lideri Ayətullah Əli Xamenei İranın məhkəmə sisteminin nümayəndələri ilə görüşü zamanı deyib.
"İranın hücum etdiyi ABŞ hərbi bazası bütün Yaxın Şərqdə kritik əhəmiyyət kəsb edirdi. İranın bu bazaya sarsıdıcı zərbəsinin miqyası bu xəbərin senzurası aradan qalxan kimi bəlli olacaq. Təbii ki, ABŞ və digər ölkələrə bundan da böyük zərbə vurula bilər", - Xamenei deyib.