17.07.2025-ci il tarixində saat 01:50 radələrində 2018-ci il şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, ona baş-beyinin silkələnməsi diaqnozu təyin olunub. Vəziyyəti orta ağır olan azyaşlının müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

**** 11:26

Gəncədə  7 yaşlı qız  karuseldən yıxılaraq xəsarət alıb.

"Unikal"ın  məlumatlna görə, hadisə Bayraq Meydanında (Bulvar) qeydə alnıb. Belə ki, şəhər sakini 2018-ci il təvəllüldü A.Əliyava sözügedən ərazisdə  karuseldən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov