Qazaxda kişi göldə boğularaq  ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Kəmərli kəndində yerləşən göldə baş verib. Rayon sakinləri olan ata və övladı göldə çimən zaman suda batıblar. Bu zaman övladı xilas olunub, atası  isə suda boğularaq ölüb.

Onun meyiti axşam sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov