Ukraynanın xarici işlər naziri Dmitro Kuleba sabah Antalyada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
"Unikal" xəbər verir ki, o, keçiriləcək görüşlə bağlı açıqlama verib.
Kuleba “Martın 10-da keçirilməsi planlaşdırılan görüş ilk növbədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sayəsində baş tutacaq",- deyə açıqlamasında ifadə edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da səhər saatlarında Lavrovun Antalyaya beynəlxalq diplomatik foruma uçacağını və onun Kuleba ilə “görüş”ünün burada baş tutmasının planlaşdırıldığını bildirib.
Gülayə Mecid