Geriyə hərəkət edən avtomobil qadını öldürüb.
"Unikal" xəbər verir ki, Balakən rayon Mahamalar kəndi ərazisində Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.
Seymur Əli