Bu gün Cənubi Koreyada prezident seçkiləri keçirilir. 

"Unikal" xəbər verir ki, təxminən 44 milyon seçicinin olduğu Cənubi Koreyada səsvermə yerli vaxtla saat 06:00-da başlayıb.

10 nəfərin mübarizə apardığı seçkidə qalib gələn namizəd may ayında vəzifəsinin icrasına başlayacaq. COVID-19 tədbirləri çərçivəsində maska ​​taxan seçicilər səsvermə məntəqələri qarşısında uzun növbələr yaradıblar.