Xerson vilayətinin Çernobaevka şəhərində rus işğalçıları dinc əhalini atəşə tutub.
"Unikal" xəbər verir ki, bu barədə "Azadlıq" radiosuna yerli sakinlər məlumat verib.
"Ruslar kənd dükanını qarət edib, spirtli içki oğurlayıblar. Sərxoş vəziyyətdə olan terrorçular insanların evlərinə atəş açıblar", - xəbərdə bildirilib.
Yerli sakinlərin dediyinə görə, onlarla mübahisə edən kişilər güllələnib. Ölənlərin dəqiq sayı məlum deyil. Kənddə insanlar qorxur, indi daha çox zirzəmilərdə gizlənirlər.
Ağarza Elçinoğlu