Artıq təxminən 10 dəfə Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü Mixaylo Podolyak deyib.
Podolyak bildirib ki, hökumət məhəlləsinə daxil olmaq istəyən DRG-lər haqqında operativ məlumatlar daim daxil olur: "Bizim çox güclü kəşfiyyat və əks-kəşfiyyat şəbəkəmiz var - onlar hamısını izləyirlər və bütün desantlar yolda ləğv edilir. Yəni biz bütün planları başa düşürük və əks-kəşfiyyatımız onların üzərində işləyir".
Bundan əvvəl media bir həftə ərzində Zelenskiyə 3 dəfə sui-qəsd cəhdinin edildiyini yazmışdı.
Ağarza Elçinoğlu