"Rusiya Prezidenti Vladimir Putinlə həmkarı Volodimir Zelenski arasında görüş keçirilməsi istisna edilmir".
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Bəli, bu mümkündür. Lakin görüş nəticə üçün olmalıdır. Bundan ötrü isə həm nümayəndə heyətləri, həm də nazirlər öhdəliklərini yerinə yetirməlidirlər. Rusiyanın mövqeləri məlumdur”, - deyə o qeyd edib.