Rusiyanın “Pervıy kanal”ının efirində yayımlanan “Vremya” verilişində "Müharibəyə yox!" plakatı açan şəxsin kimliyi bilinib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, həmin şəxs kanalda redaktor vəzifəsində çalışan Marina Ovsyannikovadır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, canlı efirdə "Müharibəyə yox!" plakatı açan şəxs artıq saxlanılıb.
xxx
23:28
Rusiyanın mərkəzi telekanallarından birində Ukraynadakı müharibəyə etiraz edən şüarla canlı yayımda görünüb.
"Unikal" xəbər verir ki, ORT telekanalının efiridə "Vremya" verilişində qəfildən aparıcının arxasında əlində plakat tutan bir qız peyda olub.
Plakatın üzərində “Müharibə yoxdur! Təbliğatlara inanmayın! Burada sizə yalan danışırlar!” yazılıb
Həmin şəxsin kim olduğu və studiyaya necə girə bildiyi hələ məlum deyil.