Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli tədbirlər görülüb və hazırda da görülməkdədir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün ötən il büdcədən ayrılan 2,2 milyard manat vəsait, demək olar ki, tam icra olunub:
“Cari ilin dövlət büdcəsində də bu məqsədlər üçün eyni miqdarda vəsait nəzərdə tutulub".
Anar Kəlbiyev